Veb tətbiqlərdə 5 geniş yayılmış zəiflik
Pentest hesabatlarımızda ildən-ilə təkrarlanan beş zəiflik: pozulmuş giriş nəzarəti, inyeksiyalar, zəif sessiya idarəetməsi, səhv konfiqurasiya və köhnəlmiş komponentlər.
Müəllif: Elçin Bağırov | Tarix:
Hər il onlarla veb tətbiqini test edirik və tapıntıların böyük hissəsi eyni kateqoriyalara düşür. OWASP Top 10 siyahısı da bunu təsdiqləyir. Aşağıda praktikada ən çox rast gəldiyimiz beş zəifliyi və onların qarşısını almağın yollarını topladıq.
1. Pozulmuş giriş nəzarəti (IDOR)
URL-dəki /api/invoices/1042 identifikatorunu 1043 ilə əvəz edib başqasının sənədini görmək hələ də təəccüblü dərəcədə tez-tez mümkündür. Hər sorğuda obyektin cari istifadəçiyə məxsus olduğunu serverdə yoxlayın.
2. İnyeksiyalar
SQL inyeksiyası ORM-lərin yayılması ilə azalıb, lakin «xam» sorğularda, hesabat modullarında və axtarış filtrlərində hələ də qarşımıza çıxır. Parametrləşdirilmiş sorğulardan istifadə edin və istifadəçi daxiletməsini heç vaxt sorğuya birbaşa birləşdirməyin.
3. Zəif autentifikasiya və sessiya idarəetməsi
Parol seçimində limitin olmaması, bərpa linklərinin vaxtının bitməməsi və çıxışdan sonra etibarlı qalan tokenlər hesabların ələ keçirilməsinə birbaşa yol açır.
4. Təhlükəsizlik konfiqurasiyasında səhvlər
Production-da açıq debug rejimi, standart inzibatçı parolları, ictimaiyyətə açıq .git qovluğu və ya bulud yaddaşı — bu səhvlər heç bir kod yazmadan sızmaya səbəb olur.
5. Köhnəlmiş komponentlər
Tətbiqin özü təhlükəsiz olsa belə, yenilənməmiş kitabxana və ya CMS plagini bütün sistemi həssas edə bilər. Asılılıqları mütəmadi skan edin və yeniləmələri planlı şəkildə tətbiq edin.
Tətbiqinizi buraxılışdan əvvəl yoxlatmaq istəyirsinizsə, penetrasiya testi xidmətimizlə tanış olun.
Keçidlər
- Ransomware-ə qarşı 3-2-1 ehtiyat nüsxə —
Fidyə proqramı hücumundan sonra şirkəti xilas edən yeganə şey çox vaxt işlək ehtiyat nüsxədir. 3-2-1 qaydası nədir və hücumçular niyə ilk növbədə backup-ları hədəf alır?
- Kibergigiyena: 15 dəqiqəlik yoxlama cədvəli —
Kiçik komandalar üçün praktik yoxlama cədvəli: hesablar, ehtiyat nüsxə, yeniləmələr, disk şifrələməsi və fişinqə qarşı bir sadə qayda.