Kibergigiyena: 15 dəqiqəlik yoxlama cədvəli

Kiçik komandalar üçün praktik yoxlama cədvəli: hesablar, ehtiyat nüsxə, yeniləmələr, disk şifrələməsi və fişinqə qarşı bir sadə qayda.

Müəllif: Günay Məmmədova | Tarix:

Kiçik komandada təhlükəsizlik çox vaxt «sonraya» qalır. Bu yoxlama cədvəli 15 dəqiqəyə keçilə bilər və ən çox rast gəlinən boşluqları göstərir. Hər bəndi ofisdə bir nəfərlə birlikdə yoxlayın.

1. Hesablar və giriş

  • Poçt, bank və mühasibat sistemlərində ikifaktorlu autentifikasiya aktivdir.
  • İşdən çıxan əməkdaşın hesabları eyni gün bağlanır.
  • Ümumi («office@...») hesabların parolu parol menecerində saxlanılır, stikerdə yox.

2. Yoxlama cədvəli

Sahə Nəyi yoxlamalı Nə qədər tez-tez Məsul
Ehtiyat nüsxə Son nüsxədən faylı həqiqətən bərpa etmək olurmu? Ayda bir İT
Yeniləmələr Windows, brauzer və router proqram təminatı Həftədə bir İT
Şifrələmə Noutbuklarda disk şifrələməsi (BitLocker / FileVault) Rübdə bir İT
Təlim Fişinq simulyasiyası və qısa izah Rübdə bir Rəhbərlik

3. Diskin şifrələnməsini yoxlayın

Windows noutbukunda PowerShell-i administrator kimi açın və bu əmri işə salın:

manage-bde -status C:
# "Protection Status: Protection On" görünməlidir

Nəticədə Protection Off yazılıbsa, cihaz itiriləndə bütün fayllar oxuna bilər.

4. Fişinqə qarşı sadə qayda

Ödəniş rekvizitlərinin dəyişməsi barədə gələn istənilən məktubu telefonla, məlum nömrəyə zəng edərək təsdiqləyin. Məktubdakı nömrəyə yox.

  1. Göndərənin domenini yoxlayın.
  2. Linkin üzərinə gəlin, amma klikləməyin.
  3. Şübhə varsa, İT-yə və ya bizə yönləndirin.

Faydalı mənbələr

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin kiçik biznes bələdçisi: https://www.ncsc.gov.uk/collection/small-business-guide/backing-your-data-and-protecting-your-organisation-from-malware-and-phishing-attacks

Ətraflı yoxlama üçün saytımızdakı kibergigiyena testindən keçin.

Keçidlər

  • Ransomware-ə qarşı 3-2-1 ehtiyat nüsxə —

    Fidyə proqramı hücumundan sonra şirkəti xilas edən yeganə şey çox vaxt işlək ehtiyat nüsxədir. 3-2-1 qaydası nədir və hücumçular niyə ilk növbədə backup-ları hədəf alır?

  • Veb tətbiqlərdə 5 geniş yayılmış zəiflik —

    Pentest hesabatlarımızda ildən-ilə təkrarlanan beş zəiflik: pozulmuş giriş nəzarəti, inyeksiyalar, zəif sessiya idarəetməsi, səhv konfiqurasiya və köhnəlmiş komponentlər.