Ransomware-ə qarşı 3-2-1 ehtiyat nüsxə
Fidyə proqramı hücumundan sonra şirkəti xilas edən yeganə şey çox vaxt işlək ehtiyat nüsxədir. 3-2-1 qaydası nədir və hücumçular niyə ilk növbədə backup-ları hədəf alır?
Müəllif: Fuad Sadıxov | Tarix:
Ransomware hücumlarının əksəriyyəti eyni ssenari ilə gedir: hücumçu şəbəkəyə daxil olur, bir neçə gün və ya həftə ərzində inzibatçı hüquqları əldə edir, ehtiyat nüsxələri silir və yalnız bundan sonra faylları şifrələyir. Məqsəd sadədir — sizi fidyə ödəməkdən başqa seçimsiz qoymaq.
3-2-1 qaydası
- 3 nüsxə: əsas məlumat və iki ehtiyat nüsxə;
- 2 fərqli daşıyıcı: məsələn, NAS və bulud yaddaşı;
- 1 nüsxə oflayn və ya dəyişdirilməz (immutable): şəbəkədən ayrılmış disk, lent və ya «object lock» funksiyalı bulud.
Son illərdə qaydaya daha iki rəqəm əlavə olunur: 3-2-1-1-0 — bir nüsxə tam təcrid olunmuş, bərpa testlərində isə sıfır xəta.
Tez-tez rast gəldiyimiz səhvlər
- backup serveri domenə qoşulub və eyni inzibatçı parolu ilə idarə olunur;
- bulud «nüsxəsi» əslində sinxronizasiyadır — şifrələnmiş fayllar ora da «uğurla» köçürülür;
- bərpa heç vaxt yoxlanılmayıb və lazım olanda nüsxənin natamam olduğu məlum olur.
Bərpa testi
Ən azı rübdə bir dəfə təsadüfi seçilmiş serveri və ya qovluğu ehtiyat nüsxədən bərpa edin və nə qədər vaxt apardığını qeyd edin. Bu rəqəm insident zamanı rəhbərliyə veriləcək ən vacib sualın cavabıdır: «sistemlər nə vaxt işləyəcək?»
Keçidlər
- Kibergigiyena: 15 dəqiqəlik yoxlama cədvəli —
Kiçik komandalar üçün praktik yoxlama cədvəli: hesablar, ehtiyat nüsxə, yeniləmələr, disk şifrələməsi və fişinqə qarşı bir sadə qayda.
- Veb tətbiqlərdə 5 geniş yayılmış zəiflik —
Pentest hesabatlarımızda ildən-ilə təkrarlanan beş zəiflik: pozulmuş giriş nəzarəti, inyeksiyalar, zəif sessiya idarəetməsi, səhv konfiqurasiya və köhnəlmiş komponentlər.