Veb tətbiq təhlükəsizliyi

Veb tətbiqlərdə və API-lərdə zəiflikləri tapmaq və düzəltmək üçün dərin praktiki kurs. Laboratoriyalar real bank və e-ticarət ssenariləri əsasında hazırlanıb.

Müddət: 10 həftə | Format: online | Təlimçi: Nigar Qasımova

Nə əldə edəcəksiniz?

  • OWASP Top 10 və API Security Top 10 zəifliklərini əl ilə tapacaqsınız
  • Burp Suite ilə effektiv test aparacaqsınız
  • Tərtibatçılara konkret düzəliş tövsiyələri verə biləcəksiniz

Proqram Sillabusu

Müasir veb arxitekturası

  • HTTP, sessiyalar və kukilər
  • SPA və REST/GraphQL API-lər
  • OAuth 2.0 və JWT ilə autentifikasiya

İnyeksiya hücumları

  • SQL və NoSQL inyeksiyası
  • Server tərəfli şablon inyeksiyası (SSTI)
  • Əmr inyeksiyası

Giriş nəzarəti xətaları

  • IDOR və BOLA
  • Biznes məntiqi zəiflikləri
  • Sorğu limitlərindən yan keçmə

Müştəri tərəfi hücumlar

  • XSS növləri və CSP
  • CSRF və CORS xətaları
  • Clickjacking

SSRF və fayl hücumları

  • SSRF və bulud metadata servisləri
  • Fayl yükləmə zəiflikləri
  • Path traversal