Etik hakerliyə giriş
Sıfırdan başlayanlar üçün praktiki kurs: şəbəkə əsasları, kəşfiyyat, zəifliklərin aşkarlanması və istismarı. Hər həftə laboratoriya tapşırıqları, sonda isə CTF formatında yekun imtahan.
Müddət: 8 həftə | Format: hybrid | Təlimçi: Leyla Əliyeva
Nə əldə edəcəksiniz?
- Penetrasiya testinin mərhələlərini və metodologiyasını başa düşəcəksiniz
- Nmap, Burp Suite və Metasploit ilə sərbəst işləyəcəksiniz
- Tapıntıları peşəkar hesabat şəklində təqdim edəcəksiniz
- eJPT sertifikat imtahanına hazır olacaqsınız
Proqram Sillabusu
Şəbəkə və Linux əsasları
- TCP/IP, DNS və HTTP necə işləyir
- Linux terminalında sərbəst işləmək
- Laboratoriya mühitinin qurulması
Kəşfiyyat və skan
- Passiv kəşfiyyat və OSINT
- Nmap ilə port və servis skanı
- Zəiflik skanerlərinin nəticələrini oxumaq
Veb hücumlarına giriş
- OWASP Top 10 icmalı
- SQL inyeksiyası və XSS praktikada
- Burp Suite ilə iş
İstismar və imtiyazların yüksəldilməsi
- Metasploit ilə ilk istismar
- Linux və Windows-da imtiyazların yüksəldilməsi
- Parol hücumları və hash-lərin sındırılması
Hesabat və yekun CTF
- Peşəkar pentest hesabatının yazılması
- Etik və hüquqi çərçivə
- Yekun CTF imtahanı